AZ

İran ələ keçirdiyi “MSC Aries” gəmisinin ekipajını azad edib

İran təhlükəsizlik qüvvələri tərəfindən Hörmüz boğazında saxlanılan “MSC Aries” gəmisinin bütün ekipaj üzvləri sərbəst buraxılıb və vətənə qayıda bilərlər.

NOCOMMENT.az xəbər verir ki, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan deyib.

Estoniyalı həmkarı Marqus Tsahkna ilə söhbətində diplomat bildirib ki, gəmi məhkəmə tərəfindən həbsdədir, lakin İran humanitar səbəblərə görə artıq bütün heyəti azad edib. Onlar kapitanın müşayiəti ilə öz ölkələrinə, o cümlədən Estoniyaya qayıda bilərlər.

Aprelin 13-də İran Hörmüz boğazında “MSC Aries”-in ələ keçirildiyini təsdiqləyib. Bu, aprelin 1-də Dəməşqdəki İran konsulluğunun İsrail tərəfindən dağıdılmasına görə İranın ilk cavab tədbiri kimi qiymətləndirilib və bundan sonra İslam Respublikasının prezidenti İbrahim Rəisi cavab olaraq İsrailə hücum edəcəyinə söz verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla