AZ

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Rusiya Federasiyasının (RF) Milli Musiqi Muzeyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində yenilənmiş əməkdaşlıq sazişi imzalayıblar. Yaxın vaxtlarda bu muzeylər tanınmış Azərbaycan və Rusiya musiqiçiləri haqqında birgə sərgilər təşkil etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Milli Musiqi Muzeyinin direktoru, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Mixail Brızqalov bildirib.

“Mayın 1-dən 3-dək Bakı şəhərində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forum çərçivəsində Rusiya Milli Musiqi Muzeyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sazişə əsasən, yaxın vaxtlarda adları Rusiya ilə sıx bağlı olan azərbaycanlı musiqiçilərə, eləcə də Azərbaycan musiqi mədəniyyətinin formalaşmasına əhəmiyyətli təsir göstərmiş Rusiya musiqiçilərinə həsr olunmuş birgə sərgilər keçiriləcək. İlk sazişimiz 10 ildən çox əvvəl imzalanıb və orada qeyd olunan müddəalardan hər biri bu müddət ərzində yerinə yetirilib. Vaxt dəyişir, saziş yenilənmə aktuallıq tələb edir. Bu gün biz əhəmiyyətli dəyişikliklər edilmiş əməkdaşlıq sazişinin yeni versiyasını imzalayırıq”, - deyə RF Musiqi Muzeyinin baş direktoru Mixail Brızqalov qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla