AZ

“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”

“Erməni faşizmi yalnız insanlarımıza qarşı deyil, həm də daşımıza, torpağımıza, tarixi abidələrimizə - cansız əşyalara qarşı eyni amansızlıq sərgiləyib, qarşılarına çıxan hər şeyi məhv edib”.

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, bu, bəşər tarixində bənzəri olmayan bir hadisədir:

 

“Bəşər tarixində hələ heç vaxt belə bir hadisə, belə bir olay olmayıb. Dünayda heç bir xalq, heç bir toplum, heç  bir ordu insanlarla yanaşı, dağa, daşa, torpağa bunca nifrət etməyib. Tarixi, mədəni, dini abidələrdən bunca amansızlıqla qisas almayıb.

 

Dünya ictimaiyyəti ermənilərin bu vəhşiliyini bilməli, onların əsl simasını görməlidir. Bunun üçün biz yalnzı diplomatiyamızın, mediamızın deyil, həm də mədəniyyət və incəsənətimizin imkanlarından istifadə etməliyik. Unutmayaq ki, bu yolda, bu sahədə nə qədər çox iş görsək yenə də azdır”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla