AZ

Zurabişvili Gürcüstanın Avrointeqrasiyasına maneə adlandırıb » AzadMedia.az



Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişellə telefon danışığı zamanı bildirib ki, xarici agentlər haqqında qanun layihəsi respublikanın Avropa İttifaqına inteqrasiyasına mane olur. Bu barədə Gürcüstan liderinin administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, Mişel və Zurabişvili ölkədə baş verən hadisələri, Gürcüstanın Avropaya inteqrasiyasını və buna mane olan amilləri müzakirə ediblər.

“Xüsusən də parlament çoxluğu tərəfindən yenidən təşəbbüs edilən xarici agentlər haqqında qanun layihəsi”, - nəşr vurğulayır.

Bir gün əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller demişdi ki, Gürcüstan anti-Qərb ritorikasına və xarici agentlər haqqında qanun layihəsinə görə Avropa İttifaqı və NATO-ya üzvlük perspektivlərini riskə atıb. Dövlət Departamentinin sözçüsü hesab edir ki, Gürcüstanda kütləvi etirazlara səbəb olan qanun layihəsi Moskvadan “ilhamlanıb”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
210
31
Mənbələr
Şərh ()
Bağla