AZ

“Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir” – Zelenski

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.


“Rusiya hücumunu genişləndirmək niyyətində olduğu üçün Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Xmelnitski şəhərinə səfəri zamanı sərhədçilərə müraciətində deyib.
“Bu gün müharibənin 800-cü günüdür. Bu, dövlətimizin keçməli olduğu son dərəcə çətin yoldur və müharibəni ədalətli şərtlərlə, Ukraynanın şərtləri ilə bitirmək üçün hələ keçilməli olduğumuz yoldur. İndi biz müharibənin yeni mərhələsi ilə üz-üzəyik. İşğalçı hücum əməliyyatlarını genişləndirməyə cəhd etməyə hazırlaşır”, - Zelenski bildirib.
Zelenski Rusiyanın hara və necə irəliləyəcəyini dəqiqləşdirməyib:
“Bu gün bütün ukraynalılar, eləcə də Ukraynanın müttəfiqləri Rusiyanın planlarını pozmaq üçün mümkün olan hər şeyi etməlidir”.
Qeyd edək ki, yanvarda “Financial Times” qəzeti yazıb ki, rus qoşunları 2024-cü ilin yayında Ukraynaya genişmiqyaslı hücum planlaşdırır. Nəşrin mənbələri Rusiyanın 2022-ci ildə ilhaq etdiyi Ukraynanın 4 vilayətinin qalan ərazilərini də ələ keçirməyə çalışacağına inanır.
Daha öncə Zelenski “CBS News”a müsahibəsində deyib ki, Rusiyanın yeni böyük hücumu mayın sonu və ya iyunda başlaya bilər. Ukrayna kəşfiyyatının rəhbərinin müavini Vadim Skibitski “The Economist”ə müsahibəsində oxşar müddətləri qeyd edib. Onun sözlərinə görə, Rusiya Ukraynanın şimal-şərqindəki Xarkov və Sumi vilayətlərində hücuma hazırlaşır.
Seçilən
102
4
Mənbələr
Şərh ()
Bağla