AZ

Ermənistanda 14 yaşlı erməninin əlində qumbara PARTLADI

Ermənistanın Sisian icmasında Qarabağı könüllü tərk etmiş 14 yaşlı erməninin əlində qumbara partlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumat yayıb.

Məlumata görə, 2024-cü il mayın 1-də saat Sisian Tibb Mərkəzi QSC-yə 14 yaşlı Sisian qəsəbə sakininin naməlum obyektin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə gətirilib.

Faktla bağlı cinayət işi başlanıb.

İlkin məlumata görə, həmin partlayıcını azyaşlı erməninin ölmüş babası 1991-ci ildə guya evinin damından tapıb. O, Qarabağ ərazisindən gətirdiyi qumbaranı qaraja aparıb və bunun nə olduğunu anlamayaraq, detonator halqasını çıxarmaq istəyib. Nəticədə partlayış 14 yaşlı oerməninin xəsarət alması ilə nəticələnib.

Hadisə yerinə baxış keçirilib, qumbaraatanların detonatorun qolu və moderatorlu detonatorun zərbə mexanizmi aşkar edilərək götürülüb.

İstintaq aparılır.

Xuraman Etibarlı

İnterpress.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla