AZ

İsveçrə orta mənzilli ZRK axtarır

İsveçrə Avropanın orta mənzilli zenit-raket komplekslərinin (ZRK) istehsalçılarına təkliflər sorğusu göndərib.

“Poliqon” “Hartpunkt” nəşrinə istinadən xəbər verir ki, orta mənzilli yerüstü zenit sistemi axtarışı ilə əlaqədar İsveçrənin Federal Silahlandırma İdarəsi Avropanın üç istehsalçı-şirkətinə sorğu ilə müraciət edib.

Müsabiqənin açıldığı “Bodluv MR” proqramı köhnəlmiş və silinməyə hazır vəziyyətdə olan “Rapier” ZRK-inin dəyişdirilməsi, eləcə də İsveçrə Ordusunun hava hücumundan müdafiə sistemindəki boşluğu aradan qaldırmaq məqsədi daşıyır.

Məlumdur ki, Almaniyanın “Diehl BGT Defence” şirkəti artıq təklifləri alıb. Müsabiqənin digər iştirakçıları arasında “Kongsberg” və “Raytheon” konsorsiumu, həmçinin MBDA şirkətinin də yer alacağı gözlənilir.

Müvafiq olaraq, müsabiqə İris-T SLM (Infra Red Imaging System Tail Surface Launched Medium Range, “Diehl BGT Defense GmbH & Ko KG”, Almaniya), NASAMS (Norwegian Advanced Surface to Air Missile System, “Kongsberg Defence & Aerospace” (Norveç) və “Raytheon” (ABŞ)) və ehtimal ki, CAMM (Common Anti-Air Modular Missile, MBDA UK, Böyük Britaniya) zenit-raket kompleksləri arasında keçiriləcək.

Təkliflər, digərləri ilə yanaşı, özündə aşağıdakı elementləri ehtiva etməlidir:

  • yerüstü orta mənzilli hava hücumundan müdafiə sistemlərinin, o cümlədən müəyyən edilmiş maddi-texniki təminat və silahların tədarükü haqqında məlumat;
  • gözlənilən və artıq başlamış ofset layihələri;
  • satınalma danışıqları üçün məcburi başlanğıc nöqtəsi kimi təfərrüatlı qiymət məlumatı, habelə həyat dövrü xərclərinin müəyyən edilməsi üçün məlumatlar.

İstehsalçı-şirkətlərdən təkliflər alındıqdan sonra onların qiymətləndirilməsi və onun tamamlanmasına dair hesabat 2024-cü ilin iyul ayının ortalarına qədər baş tutacaq.

Qeyd olunan istiqamətlərə əlavə olaraq, Federal Silahlandırma İdarəsu həmçinin təlim və sistemlərin gələcək texniki xidməti kimi müxtəlif sahələrdə əməkdaşlıq potensialını araşdıracaq. Gələcək sistemlərin istehsalında İsveçrə sənayesinin inteqrasiyasına xüsusi diqqət yetiriləcək.

Xatırladaq ki, İsveçrə ümumavropa proqramı çərçivəsində hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərinin alınmasını nəzərdə tutan “European Sky Shield” təşəbbüsünə qoşulub.

Layihədə iştirak edən hər bir ölkə sistemləri müstəqil şəkildə seçir. Bununla belə, proqramın təsisçisi kimi Almaniya yerli istehsalçı “Diehl Group” şirkətindən orta mənzilli HHM sistemi kimi Iris-T ZRK-ni, uzun mənzilli HHM sistemi kimi ABŞ-nin “Raytheon Technologies” şirkətindən “Patriot” ZRK-ni və uzun mənzilli raket əleyhinı müdafiə sistemi kimi İsrailin IAI şirkətindən “Arrow 3” RƏM sistemini almaq planlarını elan edərək istiqaməti müəyyənləşdirib.

440450289

CAMM ZRK

440758029

IRIS-T ZRK

440578820

NASAMS ZRK

Əhəd Vahidoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla