AZ

MURDARÇA : çox yerdə bilinməyən faydaları

Murdarça orta dağlıq ərazilərdə, çay kənarlarında, dərələrdə, enliyarpqlı meşələrdə bitir.
Bəzən önəmsiz ağaç olaraq düşünülən Murdarçanın çox yerdə bilinməyən faydaları mövcuddur. Yaz aylarında 3 yaşında olan budaqlarının soyulan qabıqları, yay boyunca qurudulur, çayı hazırlanaraq içilir. Ancaq murdarça ağacının qabığının alt hissəsi zəhərlidir.
Buna görə bu qabıqlar ağacdan çıxarıldıqdan sonra içəri hissələri yaxşıca təmizlənməlidir.
Soyulmuş qabıqların 1il saxlandıqdan sonra istifadə edilməsi tövsiyə olunur. Mütəxəssislər bu qabıqların təzə halda istifadə olunmamasının vacibliyini, əks halda ciddi zəhərlənmələrə səbəb olacağını bildirirlər. Qədim zamanlarda bu qabıqların yandırılaraq, tüstüsündən istifadə edirlərmiş.
Murdarçanın tüstüsü baş ağrısı, mədə bulantısı, yuxusuzluq probleminə yaxşı təsir edir.

Murdarçanın bir çox faydaları var.

- Anus ətrafına meydana gələn babasilin təbii dərmanıdır.
- Həzmi tənzimləyərək qəbizlik riskini azaldır.
- Çiban və kəsilmiş yaraların mualicəsində təbii dərman vasitəsi kimi istifadə olunur.
- Qaraciyər hüceyrələrinin yenilənməsinə kömək edir, eyni zamanda zərərli toksinlərin xaric edilməsinə səbəb olur.
- Murdarça qabığı sidikqovucu təsir göstərir, böyrəklərdən və sidik yollarından duzları xaric edir.
- Parazitlərin əmələ gəlməsinə mane olaraq bağırsaq sağlamlığını qoruyur. Həmçinin qaz və şişkinliyi aradan qaldırır.
-Spazmalitik təsiri olan bu qabıqlar əzələlərdə meydana gələn spazmı yüngülləşdirir.
- Zəhərlənmələrə qarşı təsirli dərmandır, həmçinin qusdurucu təsirə malikdir.
- Qan dövranını tarazlayaraq, damar tıxanıqlığı və ürək xəstəlikləri riskini azaldır.
- Dalağın problemsiz işləməsini dəstəkləyir, ödün durulaşaraq axmasına kömək edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla