AZ

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Bakı, 3 may, AZƏRTAC

Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov və klubun üzvləri ilə görüşüb.

QDF-dən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bildirilib ki, mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti dəfə keçiriləcək Bakı marafonunda klubun iki nəfər xarici vətəndaş olmaqla, 21 üzvü “Qarabağ üçün qalib ol!” şüarı altında mübarizə aparacaq.

Qarabağ Dirçəliş Fondu ilə Bakı Marafon Klubu arasında əldə olunmuş razılığa əsasən, Qarabağın dirçəlişi ideyasını ölkə daxilində və xaricdə təbliğ etmək məqsədilə bu şüar altında müxtəlif təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Bakı Marafon Klubunun komandasının QDF-in adından Bakı marafonunda iştirak etmək təklifini yüksək qiymətləndirən Rəhman Hacıyev komandaya uğurlar arzulayıb.

Görüşdə QDF tərəfindən xüsusi dizaynda hazırlanmış qaçış üçün formalar klubun üzvlərinə təqdim olunub.

Ötən il olduğu kimi, “Bakı Marafonu 2024”-də tərəfdaş kimi çıxış edən Qarabağ Dirçəliş Fondu marafonun fan zonasında “Marafon bağı” adlı xüsusi yaşıl pavilyonla iştirak edəcək.

Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını, eləcə də işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasını QDF-in fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq, Fondun Bakı marafonundakı stendi ətraf mühitin qorunmasına həsr edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
4
Mənbələr
Şərh ()
Bağla