AZ

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Amerika kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir.

İqtisadiyyat.az xəbər verir ki, bunu cümə axşamı ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmədə deyib.

Rusiya və Çin arasındakı "sərhədsiz tərəfdaşlığın" ABŞ-nin uzunmüddətli planlarına necə təsir etdiyi ilə bağlı sualı cavablandıran Hayns bildirib ki, ABŞ kəşfiyyatı bu mövzuda əhəmiyyətli miqdarda analitik material təqdim edib: "Hesab edirəm ki, oxuduqlarınızın çoxu bütün sahələrdə - sosial, iqtisadi, hərbi, texnoloji və s. sahələrdə artan bu əməkdaşlığa və sərhədsiz tərəfdaşlığa işarə edir".

Eyni zamanda, ABŞ Milli Kəşfiyyat Direktorunun sözlərinə görə, Rusiya və Çinin ilk dəfə Tayvanla bağlı birgə təlimlər keçirdikləri iddia edilir: "Bu, Çinin mütləq Rusiya ilə əməkdaşlıq etmək istədiyi bir sahədir və biz onların bunu etməməsi üçün heç bir səbəb görmürük". 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
5
Mənbələr
Şərh ()
Bağla