AZ

Gürcüstan Fransanı obyektivlik nümayiş etdirməməkdə ittiham edib

"Sizdə obyektivlik yoxdur."

"Operativ Media" xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər Nazirliyi Fransa Xarici İşlər Nazirliyi ilə girdiyi debatlarda bildirib.

Gürcüstan XİN bəyan edib ki, Fransanın Gürcüstanda baş verən son hadisələrə verdiyi qiymət zorakılığa sövq edir.

"Siyasi müxalifətə bağlı və xaricdən maliyyələşən radikal qruplar dövlət qurumları qarşısında hüquq-mühafizə orqanlarına qarşı irimiqyaslı zorakılıqlara əl atsalar da, Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə xoşagəlməz hal istisna olmaqla, qanunun tələblərinə uyğun hərəkət ediblər", - deyə XİN bildirib.

Bu, Fransa Xarici İşlər Nazirliyinin Tbilisidə nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi ilə bağlı həyəcan təbili çalan bəyanatına cavab olub.

Gürcüstan XİN Fransa XİN-ə Gürcüstanda baş verənləri daha yaxından izləməyi və obyektiv nəticələr çıxarmağı təklif edib. 

"Xatırladırıq ki, hətta Parisdə hüquq-mühafizə orqanları etirazçılarla insan hüquqlarının universal standartlarına tam cavab verməyən qəddar üsullarla üzləşəndə ​​belə, Gürcüstan hökuməti Fransaya qarşı tənqidi bəyanat verməkdən çəkinib", - Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla