AZ

Bəs, onda nə olacaq..?

...Əgər Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparılarsa, Rusiya dondurulmuş aktivlərini geri tələb edəcək, ona görə də onları ələ keçirib Kiyevə kömək etmək üçün istifadə etmək olmaz.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” qəzeti Avropa İttifaqı rəsmilərinə istinadənyazıb.

Nəşrin yazdığına görə, Ukrayna Rusiyanın aktivlərinin tam müsadirə edilməsində israr etsə də, G7 nümayəndələri bunun əvəzində alternativ tədbirləri nəzərdən keçirirlər.

Materialda qeyd olunub ki, Avropa ölkələri qisas almaqdan qorxaraq aktivlərin özlərinə təsir edə biləcək hər şeydən uzaq olmaq istəyirlər.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla