"TikTok"da bir-birlərinə çox bənzəyən iki azərbaycanlının söhbəti trend olub.
Publika.az xəbər verir ki, biri Zərdab, digəri Ağcabədi rayonundan olan Məhəbbət və Ədalət sosial şəbəkədə təsadüfən tanış olublar. Onlar oxşarlıqlarına özləri də mat qalıblar.
Sosial şəbəkə izləyiciləri onların əkiz qədər bir-birlərinə bənzədiklərini deyiblər. Şərhlərdə onların uşaqkən doğum evində dəyişdirildiklərini iddia edənlər də olub.