AZ

HƏMAS-a 1 həftə vaxt verildi

HƏMAS faktiki olaraq təslim olmaq üçün ultimatum aldı. Ya Fələstin hərəkatı atəşkəs razılaşması ilə razılaşacaq, ya da İsrail Rəfaha daxil olacaq.



Sfera.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Nəşrin yazdığına görə, İsrail “düzgün” qərar qəbul etmək üçün islamçı paramiliter təşkilatın liderlərinə bir həftə vaxt verib.



“Əgər sükut rejimi qurularsa, HƏMAS 33-ə qədər girovu azad etməli olacaq. Bunun ardınca uzunmüddətli atəşkəslə bağlı danışıqlar aparılacaq”.



Materialın müəllifləri əmindirlər ki, fələstinlilər bəzi qeyd-şərtlərlə göstərilən şərtləri qəbul edəcəklər. Beləliklə, Yaxın Şərqdə gərginliyin dərəcəsi xeyli azalacaq.
 

İnci
sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla