AZ

Mizofoniya xəstəliyi nədir? – Həkim psixiatr Zaur Qasımov – VİDEO

Mizofoniya xəstəliyi nədir?

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov bu sual ətrafında fikirlərini bölüşüb.

Bir çox şəxslərdə ətrafdakıların, xüsusən də öz doğmalarının, yaxınlarının məsələn yemək yeyərkən səs çıxarması, nəfəs alma səsi və yaxud evdə saatın səsi, krantda açıq qalan su damcısının səsi bunlar insanlarda hər hansı əvvəlcə sıxıntı, həyəcan verir və gərginləşməsinə səbəb olur. Sonra isə bu emosional bir partlayışla büruzə verir. Bəzən dəfələrlə olur ki, bu hallar öz yaxınlarına, doğmalarına qarşı bir aqressiya ilə nəticələnir.

Həkim psixiatr həmçinin qeyd edib ki, belə hallara eyni zamanda yatarkən insanın xoruldaması, fısıltı ilə nəfəs alma səsidə daxildir.

Bəzən elə hallar olur ki, insanlar öz yaxınları ilə, öz ailə üzvləri ilə münasibəti pozur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla