AZ

Kolumbiya XİN diplomatik əlaqələrin kəsilməsi ilə bağlı İsrailə məlumat verib

Kolumbiya rəsmiləri diplomatik münasibətlərin kəsilməsi barədə İsrailə rəsmi məlumat verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi "X"də paylaşım edib. 

"Kolumbiyanın Xarici İşlər Nazirliyi bildirir ki, İsrailin Boqotadakı səfiri hakimiyyət orqanlarının İsrail dövləti ilə diplomatik münasibətləri kəsmək qərarı barədə məlumatlandırılıb", - bəyanatda deyilir.

Eyni zamanda, iki ölkənin Tel-Əviv və Boqotadakı konsulluqlarının işi davam etdiriləcək.

Mayın 1-də Beynəlxalq Zəhmətkeşlər Günü münasibətilə keçirilən nümayişlərdə çıxış edən Kolumbiya prezidenti Qustavo Petro mayın 2-də ölkə hakimiyyətinin "soyqırım siyasəti aparan" İsraillə münasibətlərini kəsəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla