AZ

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

İtaliya Aİ səviyyəsində Rusiya lideri Vladimir Putinin qəbul etdiyi Rusiyanın əks-sanksiyaları səbəbindən Avropa şirkətlərinə dəyən itkilərə görə kompensasiya tələb etməyə çalışır.

Valyuta.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani Rusiyada fəaliyyət göstərən italyan şirkətlərinin nümayəndələri ilə görüşdə deyib.

“Biz Avropa cəbhəsində fəal işləyirik, çünki sanksiyalar məsələsi yalnız Avropa kontekstində həll oluna bilər. Biz Rusiya sanksiyalarından təsirlənən şirkətlərin dəymiş itkilərini kompensasiya etmək üçün həll yolları axtarırıq”, - Tajani bildirib.

Materialda qeyd edildiyi kimi, Aİ Rusiya tərəfindən əmlakı və aktivləri müsadirə edilmiş Avropa şirkətlərinə “Qazprom”un və ya digər rus firmalarının dondurulmuş vəsaitlərinin bir hissəsinə çıxış təmin edə bilər.

Bundan əvvəl xəbər verilmişdi ki, Vladimir Putin öz fərmanı ilə Rusiyadakı “Ariston” və “Bosch” törəmə şirkətlərini “Qazprom” qrup şirkətinin  – “Qazprom Məişət Sistemləri” ASC-nin müvəqqəti idarəçiliyinə verib.

Fərmanı Putin 26 aprel 2024-cü ildə imzalayıb. Eyni zamanda, Avropa Xarici Fəaliyyət Xidmətinin press-relizinə görə, Aİ səlahiyyətliləri Rusiya hakimiyyətinin “Ariston” və “Bosch”un Rusiya törəmə şirkətlərinə qarşı gördüyü tədbirləri beynəlxalq hüquq normalarına uyğun hesab etmir və bu addımdan imtina etməyə çağırır.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla