AZ

Moskvada Çin "Falun Qonq" təriqətinin tərəfdarları saxlanılıb*

...Çinin "Falun Qonq" təriqətinin dörd tərəfdarı Moskvada saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, TASS və RİA Novosti hüquq-mühafizə orqanlarına istinadən xəbər verir. Onlar arzuolunmaz təşkilatın fəaliyyətində iştirakda ittiham olunurlar.

Rusiya İstintaq Komitəsininmətbuat xidməti jurnalistlərə izah edib ki, saxlanılan şəxslər"Falun Dafa" Mənəvi və Fiziki Təkmilləşdirmə Mərkəzi”nin (terrorçu və ekstremist fəaliyyətlə məşğul olan təşkilat və şəxslərin siyahısına daxil edilib) fəal iştirakçıları olublar.

Müstəntiqlərin sözlərinə görə, iş üzrə təqsirləndirilən şəxslər 2020-ci ilin yayından 2023-cü ilin payızına kimi ekstremist təşkilatların iştirakı ilə tədbir təşkil ediblər.

Bundan əlavə, təqsirləndirilən şəxslər ekstremizmə aid olan qanunsuz materiallar da yayıblar.

Əməliyyatçılar saxlanılan şəxslərin yaşayış yerində axtarış aparıblar.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla