AZ

Tbilisidə etirazçılar AİB-in illik toplantısının keçirildiyi otelin qarşısında toplaşıblar

Gürcüstanda xarici agentlər haqqında qanunun qəbuluna qarşı çıxan bir neçə yüz etirazçı Asiya İnkişaf Bankının (AİB) illik toplantısının keçirildiyi Tbilisinin mərkəzində yerləşən Paraqraf otelinin qarşısına toplaşıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Əvvəlki günlərdə aksiyalar Gürcüstan parlamentinin yaxınlığında keçirilirdisə, bu dəfə etirazçılar parlamentdən 200 metr aralıda, Azadlıq meydanında yerləşən otelin qarşısına toplaşıblar. Polis hadisə yerinə səfərbər edilib və asayiş keşikçilərini şifahi təhqir edən bir nəfəri saxlayıb.

Həmçinin, etirazçılardan bəziləri hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının yaxınlıqda yerləşən ofisinə doğru yürüş edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
1
Mənbələr
Şərh ()
Bağla