AZ

“Doğru” və “yanlış” çörəyinecə ayırd etmək olar? - Dietoloqdan AÇIQLAMA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Qida rasionumuzda çörəyə üstünlük verən xalq olaraq onu hər növ xörəklə yeyirik. Çünki doyma hissinin məhz çörəklə yarandığını özümüzə inandırmışıq. Lakin aparılan araşdırmalar ölkədə satılan çörəklərin əksəriyyətinin zərərli tərkibə malik olduğunu sübut edir. Buğdanın geni dəyişdirilmiş qida məhsulları arasında ön sırada olduğuna nəzər yetirsək, bu zaman yediyimiz çörəyin insan orqanizminə nə qədər zərərli olduğunu görərik. Həmçinin buğdanın tərkibində kifayət qədər qlüten var. Qlütenin sağlamlığımıza mənfi təsirindən çoxumuz xəbərdarıq. Bu, ilk növbədə insanlarda mədə-bağırsaq həssaslığı yaradır. Diqqət etsək bəzi insanlarda çörək yedikdən sonra köp, həzmsizlik, yaxud qəbzlik halının yarandığını görərik. Çörəkdə olan qlüten bu halla qarşılaşan insanlarda bağırsaq mikroflorasının, ümumi orqanizminin qlütenə olan həssaslığından irəli gəlir. 
Bir qisim insanlarda həddindən artıq çörək qəbulu çəki problemi yaradır. Buna səbəb isə çörəyə vurulan mayaya görədir. Tərkibində lazımi qlüten, lift qatının olmaması və mayanın əlavə edilməsi çörəyi şişirir. 
Eyni zamanda çörək, bəzi insanlarda dərialtı səpkilərə, halsızlığa səbəb olur. Təbii ki, bu da tərkibində olan zərərli maddələrdən qaynaqlanır. 
Qeyd etdiyimiz nüanslar ağ undan hazırlanan çörəklərdə daha çoxdur. Lakin ölkəmizdə insanlara sağlam adı altında satılan çörəklər də zərərli tərkibə malikdir. Təəssüf ki, çörəyin rəngini tündləşdirmək üçün müəyyən maddələrdən istifadə olunur və “tam kəpəkli” adı altında alıcılara təqdim edilir. 
Həkim dietoloq, “Köklüyün sirri” kitabının müəllifi Leyla Zülfüqarlı mövzuyla bağlı Avtosfer.az-a ətraflı məlumat verib. O bildirib ki, ölkəmizdə “doğru” və “yanlış” çörək anlayışı var: “Çörəyin tərkibi sağlam deyilsə o zaman ziyanlıdır. Tam taxıllı məhsulun unundan hazırlanmış çörəklər sağlam tərkibli çörəklər hesab olunur. Çörəyin hazırlanmasında əsas komponentlər un, su və duzdur. Lakin market rəflərində kifayət qədər zərərli tərkibə malik çörəklər var. Bəzi çörəklərin tərkibinə şəkər, müxtəlif yağlar qatılır və çörəkdən çox kökəyə oxşayır. 
Bəzi insanlar çörəyi seçərkən onun rənginə aldanırlar və qara çörəyin sağlam tərkibə malik olduğunu düşünürlər. Lakin qara çörəklərin əksəriyyətinin rəngi süni şəkildə tündləşdirilir. Əslində sağlam tərkibli qara undan hazırlanan çörəklər boz rəngdə olur. Həmçinin onları ələ aldıqda belə hiss olunur. Məsamələri çox olmur və qismən bərk olur. Məlumdur ki, buğdaya ağırlıq verən onun qabığıdır, rüşeymidir. Təəssüf ki, çox üyüdülən unların tərkibində rüşeymi, qabıq maddələri qalmır. Ağ undan əmələ gələn yumşaq çörəklər də ona görə insan sağlamlığına zərərlidir. Normalda sağlam tərkibli çörək insan orqanizminə B qrupu vitaminləri, 1,5 qram peotein, qida lifləri ötürür. Hər bir insanın gündəlik olaraq 30 qram qida lifinə ehtiyacı var və bu ehtiyacın 70 faizini “doğru” çörək və tərəvəzlərdən ala bilərik. Ona görə də, tərəvəzlərlə yanaşı “doğru” çörəyi seçməliyik”. 

Nərmin

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla