AZ

Avtomobilinizi başqa şəxs sürərkən duracağa salıblarsa həll yolu necədir?

Avtomobil sahiblərindən biri başına gələn hadisəni sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, həmin şəxs iddia edir ki, mülkiyyətində olan avtomobili yol vərəqəsi ilə hansısa müştəriyə verib. Həmin müştəri isə narkotik vasitənin təsiri altında olarkən yol polisi əməkdaşı tərəfindən saxlanılıb:

"Avtomobilimi verdiyim müştəri narkotika istifadəçisi olduğu üçün İnzibati Xətalar Məcəlləsinin 333.1.2 maddəsi ilə 800 manat məbləğində cərimə olunub. Cərimə isə mənim avtomobilimin üzərinə yazılıb. İndi adam cəriməni ödəmək bir tərəfə, artıq başqa məsələ ilə bağlı həbsdədir. Bu səbəbdən mənim avtomobilim bir neçə günə həbsə düşəcək. Daxili işlər Nazirliyi bildirir ki, bu İnzibati Xətalar maddəsi ilə tənzimləndiyi üçün avtomobilə həbs qoyulacaq. Narazılığım ondan ibarətdir ki, avtomobil mənim olduğu halda mənim avtomobilimə niyə həbs qoyulmalıdır? Bunu hüquqi müstəvidə necə həll edə bilərəm"? - deyə avtomobilin sahibi bildirib.

Qeyd edək ki, bu cür hallar İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Həmin məcəllənin 150.11-ci maddəsində qeyd olunub ki, yol hərəkəti qaydaları əleyhinə dair tərtib edilmiş cərimələr 2 ay müddətinə ödənilmədikdə idarə edilən nəqliyyat vasitəsinin saxlanılması haqqında qərar qəbul olunur. Əgər hansısa şirkətdə və ya dövlət müəssisəsində rəsmi əmək müqaviləsi ilə çalışan işçiyə avtomobil verən zaman belə xəta törədilərsə, bunun bir çıxış yolu olur: Həmin işçi rəsmi əmək müqaviləsi ilə işdən azad edilirsə, o zaman işdən azad olunma ilə bağlı verilmiş əmrin surəti Dövlət Yol Polisi İdarəsinə göndərilir və qeyd olunur ki, bu işçi həqiqətən də işdən azad edilib. Bu səbəbdən avtomobilə verilmiş həbsin aradan götürülməsi və xətanı törədən şəxsin sürücülük hüququnun məhdudlaşdırılması xahiş olunur. Qanun yalnız buna icazə verir.

 

Fərid

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla