AZ

“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir » AzadMedia.az


İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri professor, AMEA-nın müxbir üzvü


Uzaqgörən lider Prezident İlham Əliyev, mədəniyyətlərarası dialoqun və multikulturalizmin qlobal carçısıdır. Bəli, o məhz, 2008-ci ildə müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi üçün məxsusi təşəbbüsü, “Bakı Prosesi”ni irəli sürdü. Belə ki, bu cür uzaqgörən yanaşma sərhədləri aşaraq və parçalanmanı aradan qaldıraraq millətlər arasında da daha böyük anlaşma və qarşılıqlı hörmətə yol açdı. Beləliklə, mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Əlbətdə, Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Keçirilən Forumda 110 ölkənin nümayəndəsi iştirak etdi. Qeyd edim ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Ölkəmizin təşəbbüsü  ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirdi.

İlk növbədə onu vurğulayım ki, Azərbaycan hər zaman mədəniyyətlərarası dialoqa öz töhfələrini verib. 2024-cü ildə dünyamız daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığı qədər parçalanmış qalır. Ancaq bütün çağırışlar qarşısında bizim bir araya gəlmək, parçalanmanı dəf etmək və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün nadir fürsətimiz var. Bu mənada paytaxt Bakı Prosesin özəyidir.. Həmçinin coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Sözsüz ki, burada Şərq ilə Qərb, ənənə ilə müasirlik qovuşur. Əfsuslar olsun ki, dünyada yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Məsələlərin həllində isə dövlətimizin öz mükəmməl təcrübəsi var. Necə ki, dövlətimiz sülhü müharibə vasitəsilə təmin etdi. Azərbaycanın torpaqları 30 il ərzində işğal altında olub. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, etnik təmizləməyə məruz qalmışıq. Bütün dünyaya məlumdur ki, bu məsələdə BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsi işləmədi. Çünki implementasiya mexanizmi yox idi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik.

Əlbətdə ki, bu əhəmiyyətli Ümumdünya Forumu “Bakı Prosesi”nin hissəsi olaraq mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq edir. Forum fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq mübadilə üçün platforma yaradır. Global aləm VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toplaşdığı zaman biz gələcəyimizi öz əllərimizdə saxlayırıq. Paytaxtın mərkəzində bizim dünyanın gələcəyinə təsir etmək şansımız var. Bu, həm də ümid və dirçəlmə gətirə biləcək dinlərarası dialoq dünyasıdır. Burada müzakirə olunanlardan irəli gələn dayanıqlı inkişaf, təhsil və turizm bizi bir-birimizə daha da yaxın edir. Ən əsası burada sosial media və süni intellekt bəşəriyyəti parçalamır, tam əksinə, birləşdirir. Həmçinin Bakı COP29 Sammitinə ev sahibliyi edəcəyi vaxtda biz iqlim dəyişmələrinin yaratdığı çətinliyi aradan qaldırmaq üçün millətlərin bir araya gələcəyi dünyanı formalaşdırmaq istəyirik. Ən ümdə istək və məqsədlərimiz dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Heç şübhəsiz, forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq.
Ölkəmizin zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir. Böyük fəxrlə qeyd edə bilərəm ki, Cənubi Qafqazda xeyli sürən münaqişədən sonra bu il Böyük Qayıdış reallaşır, sülhə, təhlükəsizliyə və ən əsası firavanlığa yol açan Azərbaycanın suveren milli sərhədləri bərpa olunur. Həmçinin qanuni yolla ərazinin uğurla azad olunması və münaqişənin beynəlxalq hüquqa uyğun həllindən sonra ədalət nəhayət ki, zəfər çaldı.
Təbii ki, burada əsas mesaj yenə ümiddir. Ölkəmiz, odlar yurdu Azərbaycan bu ümidi bütün dünyaya yaymağı səmimiyyətlə arzulayır. Sülh, qarşılıqlı hörmət və anlaşma dünyası və hər birimiz bu dəyərlərə töhvə verək.

Doğrudur, bəzi ölkələr Ermənistana dəstək verirdi. 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, Qarabağda tarixi məkanlarımız tamamilə məhv edilib. Hazırda, biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası və demarkasiyası başlayıb. Belə ki, buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub, bu həm də onu göstərir ki, bizə vasitəçi lazım deyil.
Ancaq bütün bunlarla yanaşı, bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyir, həmin alova yenidən odun atmaq istəyirlər. Bilsinlər ki, Cənubi Qafqazda buna icazə verməyəcəyik, biz Cənubi Qafqazda sülh istəyirik və bu sülh bölgədə sadəcə və sadəcə Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla