AZ

“İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçicəsində kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəminə həsr olunmuş panel sessiyalar təşkil edilib – FOTO

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçicəsində “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” mövzusunda panel sessiya təşkil edilib.

NOCOMMENT.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimovanın moderatorluq etdiyi paneldə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin səlahiyyətli nümayəndələri spiker qismində çıxış etmiş, kiberbullinqin səbəb və nəticələri, ona qarşı effektiv mübarizə üsulları və kiber maarifləndirmə ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyəti, həmçinin görülən işlərin ictimaiyyətə çatdırılmasında medianın müstəsna rolu barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Növbəti panel sessiya isə “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzusunda baş tutub.

COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarainin moderatorluğu ilə keçirilən sessiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin səlahiyyətli nümayəndələri çıxış edərək, ətraf mühitin qorunması, ekoloji sabitlik, iqlim dəyişmələrinin fəsadlarına qarşı birgə mübarizə, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından səmərəli istifadənin vacibliyini qeyd edib, ətraf mühitin qorunması ilə bağlı media mesajlarının yerli və xarici auditoriyaya ötürülməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Qeyd edək ki, panel müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
1
Mənbələr
Şərh ()
Bağla