AZ

İdarə rəisi: “Media özü də bilmədən kiberbullinqin bir vasitəsinə çevrilir”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Media özü də bilmədən kiberbullinqin bir vasitəsinə çevrilir.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov “İctimai proseslər media müstəvisində” keçirilən forumun “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” adlı panelində çıxışı zamanı deyib.

“Media kiberbullinqə qarşı təlimlərə və maarifləndirmə işinə cəlb edilməlidir. Çünki bəzi hallarda maraqlı görünə biləcək bəzi xəbərlərin anonimləşdirilmədən yayılması (fərdi məlumatların qorunmadan yayılması) xəbərdə yer alan həmin şəxsləri kiberbullinqin birbaşa hədəfinə çevirə bilir. Belə olan halda media özü də bilmədən kiberbullinqlin bir vasitəsinə çevrilmiş ola bilir. Ona görə xəbərləri, məlumatları paylaşarkən çox diqqətli olmalıdırlar. Əgər kiberbillinq əsaslı xəbər olarsa onu müvafiq qurumlarla dəqiqləşdirmək olar”,- deyə idarə rəisi bildirib.

Qeyd edək ki, mayın 3-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçicəsində “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” mövzusunda panel sessiya təşkil edilib.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla