AZ

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Kolumbiya İsraillə əlaqələrini rəsmən kəsib.

 

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə  Kolumbiya Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada  məlumat  verilib.

 

Açıqlamada bildirilib ki, İsrail səfirinə diplomatik personalın ölkədən getməsi barədə Xarici İşlər Nazirliyinin Protokol İdarəsi vasitəsilə məlumat verilib.

 

Bundan əlavə, bəyanatda Tel-Əviv və Boqotada konsulluq fəaliyyətlərinin davam etdiriləcəyi bildirilib.

 

Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo dünən verdiyi açıqlamada, "Prezident Qustavo Petronun bu məsələ ilə bağlı mövqeyi bəllidir, nazirlikdəki qruplarımız işləyir və vəziyyətlə bağlı bu həftə İsrail səfirliyinə məlumat verəcəyik", deyə  qeyd  edib.

 

Petro diplomatik əlaqələrin kəsiləcəyini açıqlayıb

 

Petro mayın 1-də verdiyi açıqlamada Qəzzada Fələstin xalqına qarşı davam edən hücumlara görə İsraillə diplomatik əlaqələrin kəsiləcəyini açıqlayıb.

 

İsrailin Qəzzada soyqırım törətdiyini vurğulayan Petro, "Bu gün küçələrə çıxan bütün bəşəriyyət bizimlə həmfikirdir; biz soyqırım dövrünə qayıda bilmərik. Biz dayanıb insanlığın gözü qarşısında bütöv bir xalqın məhv edilməsini seyr edə bilmərik. Fələstin ölürsə, bəşəriyyət də ölür”,-deyə  qeyd  edib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla