AZ

Qadınlar niyə yaşını gizlədir? - Psixoloqdan maraqlı açıqlama

Adətən, deyirlər ki, qadından yaş soruşulmaz. Ümumiyyətlə, bir çox xanımlar həqiqi yaşlarını gizlətməyə üstünlük verirlər. Maraqlıdır, niyə qadınlarda bu qorxu var?

“Yeni Sabah”a mövzu haqda danışan psixoloq Könül Əhmədova bu suala belə aydınlıq gətirib:

“Qadınlar hər zaman gözəldilər və dünyamıza təravət qatırlar. Onların gözəlliyini, anlayışını dərk edən hər bir insan üçün qadının hansı yaşda olması qətiyyən maraqlı olmamalıdır. Ancaq “qadınlar yaşını niyə sirr kimi saxlayır” sualının cavabı çox sadədir. Onların yaşını gizlətməsinə səbəb 30 yaşdan sonra keçirdikləri böhrandır. Belə ki, xanımlar bu yaşdan sonra orta yaş sindromuna məruz qalırlar. Həmin situasiyada qocalmaq, saçların ağarması, tökülməsi, üz nahiyəsində qırışların meydana gəlməsi kimi hallar qadınları qorxudur. Müəyyən dövrdən sonra onlar öz daxili aləmlərində yaşlarını qəbullanmağa başlayırlar. Ancaq yenə də cəmiyyətdə bunu deməyi xoşlamırlar. Çünki yenə də ehtiyat edirlər ki, ruhən və görünüşcə gənc qalsalar belə qarşı cinsin nümayəndəsi onların yaşını öyrəndikdən sonra uzaqlaşıb, qaçar”.

Psixoloq bildirir ki, yaşını asanlıqla dilə gətirən xanımların özgüvəni yüksək olur:

“Əslində çirkin xanım yoxdur. Sadəcə qadınlar baxımlı və baxımsız olaraq iki yerə ayrılır. Beləliklə özgüvən məsələsinə gəldikdə onu demək olar ki, elə qadın var ki, özündən olduqca razı və özgüvəni yerindəndir. Eləsi də var ki, maddi imkanları aşağı və işsiz olduğu üçün özünə qarşı özgüvəni yoxdur.Özünə qayğı göstərən, cild gözəlliyinə fikir verən xanımlar var ki, 40 yaşları olsa belə 10 yaş kiçik görünürlər. Bunun fərqində olduqda isə qadının özgüvəni artır və öz yaşını asanlıqla deyə bilir”.

Aytac Şahin


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla