AZ

Kəlbəcərdə bərpa - quruculuq işləri necə gedir? – REPORTAJVİDEO

Kəlbəcərdə genişmiqyaslı tikinti-quruculuq işləri gedir.

Xezerxeber.az xəbər verir ki, burada inşa edilən bütün binaların dördmərtəbəli olmasına baxmayaraq, hər blokda lift quraşdırılacaq. Binaların zirzəmi hissəsi qaraj kimi istifadə olunacaq.

Kəlbəcər şəhərində yenidənqurma layihələrinin icrası ilə məşğul olan şirkətin layihə rəhbəri Emrullah Güneş deyir ki, rayon mərkəzində yaşayış binaları və sosial obyektlərin hamısı Avropa üslubunda, İsveçrə şirkətlərinin hazırladığı layihəyə uyğun inşa ediləcək.

Şəhərdə böyük prospekt də olacaq. Prospektə Zəfər adı veriləcək.

Görülən işlər çərçivəsində yeni məhəllələr salınacaq, artıq 80 binanın yeri hazırdır. Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək.

Şəhərdə həmçinin 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, 1 reabilitasiya mərkəzi, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi də planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla