AZ

Ançelotti Kurtuanın son durumunu açıqladı

"Real"ın baş məşqçisi Karlo Ançelotti qapıçı Tibo Kurtuanın zədəsini tam sağaltdığını və mayın 4-də "Kadis"ə qarşı oynayacağını bildirib.

Apasport.az xəbər verir ki, buna baxmayaraq mayın 8-də Çempionlar Liqasının ikinci yarımfinalında “Bavariya” ilə görüşdə "kral klubu"nun qapısını Andrey Lunin qoruyacaq.

“Kurtuanın bərpası yaxşı gedir. Sabah o, uzun müddətdən sonra ilk dəfə oynayacaq. Onun qayıtmasına şadıq.

Kurtua Çempionlar Liqasının finalında oynayacaq? Bütün diqqətimizi Luninin oynayacağı “Bavariya” ilə cavab oyununa yönəltmişik. Bundan sonra nə olacağını görəcəyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
Mənbələr
Şərh ()
Bağla