AZ

Ukrayna altı TRML-4D radarı alacaq

Ukrayna alman istehsalçısı Hensoldt-dan hava hücumundan müdafiə ehtiyacları üçün daha 6 TRML-4D hava müşahidə radarı alacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə radar istehsalçısı Hensoldt şirkətinin mətbuat xidməti məlumat yayıb.

Şirkətin bildirdiyinə görə, radarların sifarişçisi Ukrayna Müdafiə Nazirliyidir.

Lakin onların ödənişi Almaniya hökuməti tərəfindən hərbi yardım çərçivəsində həyata keçiriləcək.

Altı TRML-4D radarının alınmasının dəyəri 100 milyon avrodan çoxdur.

Verilən xəbərlərə görə, radarlar bu il Ukraynaya gətiriləcək.

Qeyd edək ki, TRML-4D 250 km radiusda 1500-ə qədər hədəfi aşkarlaya bilir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla