AZ

Ekspress avtobuslar Bakıda sərnişindaşıma problemini həll edə biləcəkmi? – RƏSMİ AÇIQLAMAVİDEO

Yerüstü Nəqliyyat Agentliyi yeni marşurut şəbəkəsinin tətbiqinə başlayıb.  

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın bəzi qəsəbələrinə xidmət göstərən sərnişin avtobuslarından gedir. Xüsusən də, Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə faəliyyət göstərən bəzi avtobusları nümunə göstərmək olar.

Qurumun mətbuat xidmətinin rəhbəri Tural Orucovun sözlərinə görə, yeni yaradılan şəbəkə paytaxtın rəqəmsal əkizi vasitəsilə simuliasiya edilib ki, nəticədə əldə olunan göstəricilər gözləniləndən daha yaxşı müşahidə olunub.

Bildirilib ki, ilk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur.

Ekspress marşrutlar sərnişin daşımalarının daha sürətli təmin edilməsinə şərait yaradacaq. Təşkil ediləcək marşrut şəbəkəsində yeni nömrələmə tətbiq ediləcək, xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
3
Mənbələr
Şərh ()
Bağla