AZ

Husilər İsrailə xəbərdarlıq etdi: Biz hazırıq…

Yəmənin Ənsar Allah (Husi) hərəkatının hərbi nümayəndəsi Yəhya Sariya Qəzza zolağının cənubundakı Rəfahda əməliyyat başlayacağı təqdirdə İsraillə əlaqəli və ya onun limanlarına gedən bütün gəmilərə hücum etməyə hazır olduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, hərbi nümayəndənin sözlərini “Əl-Masirah” telekanalı yayıb.

Yəhya Sariya qeyd edib ki, hərəkat Aralıq dənizi də daxil olmaqla hücumlar həyata keçirəcək.

“Yəmən silahlı qüvvələri Aralıq dənizi və Fələstin limanları da daxil olmaqla istənilən İsrail gəmisinə hücum etməyə hazırdır” , – deyə o bəyan edib.

Yəhya Sariya həmçinin bildirib ki, Rəfah əməliyyatı başlayarsa, husilər İsrail limanlarına daxil olan bütün şirkət gəmilərinə qarşı sanksiyalar tətbiq edəcək. Onun sözlərinə görə, hərəkat Qəzza zolağında münaqişə bitənə qədər daim eskalasiyaya hazırdır.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
3
Mənbələr
Şərh ()
Bağla