AZ

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İƏT-in Avropa İttifaqındakı keçmiş daimi müşahidəçisi İsmət Cahan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tarixdən gələn ənənələrə istinad etməklə multikulturalizmi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirməsinə diqqət çəkən Dövlət Komitəsinin sədri Ramin Məmmədov, ölkəmizdə müxtəlif konfessiyalara göstərilən diqqət və qayğıdan bəhs edib. Sədr ölkəmizdə dövlətin din sahəsində siyasət, dini etiqad azadlığının təminatı barədə danışıb. Bildirib ki, Azərbaycan dünyəvilik prinsiplərinə əsaslanmaqla multikultural dəyərləri yaşatmaqda və inkişaf etdirməkdədir. R.Məmmədov vurğulayıb ki, Azərbaycan dünya üçün sülhü təbliğ edən platforma, strategiya, model yaradıb. Bunun yaranmasında ölkəmizdə mövcud olan bütün dini konfessiyalar, icmalar xüsusi fəallıq göstərib, mühüm rol oynayıblar.

İƏT-in Avropa İttifaqındakı keçmiş daimi müşahidəçisi İsmət Cahan bildirib ki, bu gün universal dəyərlər ancaq Qərb dəyərlərinə deyil, başqalarının da mənəvi aləminə hörmət üzərində qurulan münasibətlər sisteminə əsaslanmalıdır. İnsanların sülh şəraitində yaşamasının önəmli olduğunu vurğulayan İ.Cahan dünyada siyasi və dini baxımdan ayrı-seçkiliyə son qoymaq üçün dinlər arasında dialoqun önəminə toxunub, Azərbaycanın bu sahədə təşəbbüskarlığını yüksək qiymətləndirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla