AZ

"Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” mövzusunda panel sessiya baş tutub

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması" mövzusunda panel sessiya təşkil edilib. 

Olaylar.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədovanın moderatorluğu ilə keçirilən sessiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və  Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının səlahiyyətli nümayəndələri çıxış edərək, sözügedən məsələlərlə bağlı hadisələrin təfərrüatlarının insan hüquqları və jurnalist etikasından irəli gələn tələblər çərçivəsində işıqlandırılmasının əhəmiyyətini vurğulayıb, zərərçəkmiş şəxslərin mənafelərinin üstün tutulmasının vacibliyinə diqqət çəkiblər.

Qeyd edək ki, panel müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla