AZ

Əliyev indi tək Azərbaycan yox, bütün Cənubi Qafqaz uğrunda mübarizə aparır...İvanişvili isə Gürcüstan və Ukraynada torpaq işğalına görə Qərbi suçladı - NİYƏ?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Prezident İlham Əliyev indi təkcə Azərbaycan yox, həm də bütün Cənubi Qafqaz uğrunda mübarizə aparır. Onun 44 günlük Vətən Savaşından sonra regionda sülh və əməkdaşlıq platforması kimi təqdim etdiyi “3+3” formatı hazırda ölkəmizi Qərbin açıq hədəfinə gətirsə də, artıq bütün Cənubi Qafqazın yeganə xilas düsturu sayılır.

 

Qərbin şirnikləndirici və təhrikçi davranışlarına aldanmayan Əliyevin Rusiya prezidenti Putinlə qarşılıqlı hörmət, inam və etibara əsaslanan münasibətləri və həm də bu münasibətlər hesabına ölkəsinin əsas problemini həll edə bilməsi qonşu Gürcüstan və Ermənistanla yanaşı, elə Avropa İttifaqı və NATO-ya inteqrasiya kursu seçmiş Ukrayna və Moldova üçün də yeni cəlbedici nümunəyə çevrilib və yeni hərəkatlara təkan verib. 

 

Baxın, son günlər Gürcüstanda yaşanan hadisələr zamanı bu ölkənin əsas siyasi gücünün -“Gürcü Arzusu – Demokrtik Gürcüstan” partiyasının qurucusu, keçmiş baş nazir Bidzina İvanişvili artıq kölgədən çıxaraq, yenidən aktiv siyasətə dönüb və 29 apreldə qatıldığı mitinqdə açıq şəkildə Qərbi ittiham edib. 

 

İvanişvili 2008-ci ildə Gürcüstan, 2014 və 2022-ci ildə isə Ukraynada torpaqların işğalıyla nəticələnən hadisələrin məsuliyyətini birbaşa Qərbin üzərinə yıxaraq, onları hər iki ölkənin Rusiya ilə münasibətlərini qəsdən korlamaqda suçlayıb. 

 

Missiyasının hələ sona çatmadığını, Gürcüstanın tam suverenliyini əldə edənədək mübarizə aparacağını xüsusi vurğulayan İvanişvili onu da bildirib ki, Qərbin Gürcüstan üzərindən Rusiya əleyhinə ikinci cəbhə açmaq planları mövcuddur və onlar öz agentlərini Gürcüstanda yenidən hakimiyyətə qaytara bilsələr, buna nail olacaqlar...

 

Beləliklə, görünən odur ki, bu ilin 26 oktyabrında parlament seçkiləri keçirməyə hazırlaşan Gürcüstanda, 20 oktyabrında Avropa İitifaqına üzvlüklə bağlı referendum keçirməyi nəzərdə tutan Moldovada, eləcə də 5 noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinədək Ukraynada Qərb-Rusiya qarşıdurması həlledici olacaq.


Çox böyük ehtimalla, Paşinyanın 8 mayda Rusiyaya səfərindən və Putinlə görüşündən sonra Ermənistan da Avropa İttifaqı və NATO-ya inteqrasiya arzularına yenidən baxmalı olacaq və Azərbaycanın təkliflərini qəbul etmək istiqamətində daha real addımlar atacaq...

 

Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür. Yetər ki, Qərbin əlində Rusiyanı zəiflətmək alətinə çevrilməyəsən!


Seçilən
47
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
92
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
90
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
87
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
78
Azərbaycanda bu məhsul bahalaşdı
71
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
71
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
62
Həlak olan şəxslər sabah dəfn olunacaq
59
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
57
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
57
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
56
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
55
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
52
Helikopter qəzası ilə bağlı yeni xəbər
50
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
48
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
43
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
40
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
40
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
38
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
36