AZ

İsraildən HƏMAS-a XƏBƏRDARLIQ -1 HƏFTƏ ƏRZİNDƏ...

İsrail radikal Həmas qruplaşmasına Qəzza zolağında atəşkəs təklifini qəbul etmək üçün bir həftə vaxt verib, əks halda İsrail ordusu Rəfahda hərbi əməliyyata başlayacaq. 

News24.az xəbər verir ki, bu barədə “ The Wall Street Journal” məlumat yayıb.

“İsrail HƏMAS-a atəşkəs təklifi ilə razılaşmaq üçün bir həftə vaxt verib, əks halda Rəfahda hərbi əməliyyat keçirəcək”,- məlumatda qeyd olunub.

Bildirilir ki, HƏMAS nümayəndə heyəti  İsrail tərəfi ilə atəşkəslə bağlı danışıqları başa çatdırmaq üçün Qahirəyə gələcək.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
7
Mənbələr
Şərh ()
Bağla