AZ

İsrail HƏMAS-a atəşkəs ultimatumu verib

İsrail radikal HƏMAS qruplaşmasına Qəzza zolağında atəşkəs təklifini qəbul etmək üçün bir həftə vaxt verib, əks halda İDF Rəfahda hərbi əməliyyata başlayacaq.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.

 

“İsrail HƏMAS-a atəşkəs razılaşması ilə razılaşmaq üçün bir həftə vaxt verib, əks halda Rəfahda hərbi əməliyyat keçirəcək”, mətndə deyilir.

 

Materialda həmçinin qeyd olunur ki, HƏMAS nümayəndə heyəti İsrail tərəfi ilə atəşkəslə bağlı danışıqları başa çatdırmaq üçün Qahirəyə gələcək.

 

Bundan əvvəl “The Wall Street Journal” İsrail və Misir rəsmilərinə istinadən yazıb ki, İsrail Fələstinin Həmas qruplaşması ilə atəşkəs və girovların mübadiləsinə dair danışıqlar aparmaq üçün yaxın günlərdə Qahirəyə nümayəndə heyəti göndərməyə hazırdır.

 

Daha  əvvəl İsrailin baş naziri Binyamin Netanyahu İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat keçirmək və müharibənin bəyan edilmiş bütün məqsədlərinə nail olmaq niyyətini təsdiqləyərək, ölkənin başqa seçimi olmadığını qeyd edib.

 

Afət

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
33
Mənbələr
Şərh ()
Bağla