AZ

Ankarada qəzaya düşən Sudan prezidentinin oğlu VƏFAT ETDİ

Ankarada motosikletlə keçirdiyi yol qəzasında ağır yaralanan Sudan prezidentinin oğlu Mohamed A. Fatah Elburhan Rahman müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Xatırladaq ki, hadisə bu ilin mart ayının 8-i baş verib. Mohamed A. Fatah Elburhan Rahman Ankarada baş verən yol qəzası nəticəsində yaralanıb. Onun səhhətinin ağır olduğu bildirilirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
Mənbələr
Şərh ()
Bağla