AZ

ŞOK! Azərbaycanda istefa verən baş məşqçi klubdan pul tələb edir

“Araz-Naxçıvan”ın baş məşqçi postundan istefa verən Azər Bağırovu Elmar Baxşıyev əvəzlədi.

Aprelin 8-də klubun yaydığı məlumatda Baxşıyevə daha öncə “Qəbələ”də birlikdə çalışdığı Xaqani Məmmədovla Rasim Ramaldanovun kömək edəcəyi bildirilmişdi.

Muxtar Respublika təmsilçisi bu müddətdə Premyer Liqada 3 oyuna çıxıb. Rasim Ramaldanov həmişəki kimi Baxşıyevin yanındadır. Lakin Xaqani Məmmədov gözə dəymir. Halbuki, klubla yeni sözləşməyə imza atıb.

Məsələnin dərinliyinə varıb əsl səbəbi öyrənməyə çalışdıq.

Məlum oldu ki, Məmmədovun texniki zonada yer ala bilməməsinin səbəbi “Qəbələ”ylə yaşadığı və hələ də davam edən problemə görədir.

Xaqani bəy “Qəbələ”dən öz xoşu ilə istefa verməsinə baxmayaraq, klubdan aprel və may ayları üçün nəzərdə tutulan maaşı tələb edir. Deyir, pulumu verin, xitam müqaviləsinə qol çəkim.

Klubdan ona öz xoşu ilə istefa verməsi və belə olduğu halda sözləşmənin qalan hissəsinin avtomatik qüvvədən düşməsi ilə bağlı məlumat verilsə də, o, bununla razılaşmır. İstənilən halda məvacibinin verilməli olduğunu israr edir.

“Qəbələ” müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməyə hazırdır. Bunun üçün Xaqani bəy qol çəkməlidir.

Gülüş doğuran məsələ öz yerində. Belədə ortaya növbəti sual çıxır. Məmmədov bölgə təmsilçisi ilə üzülüşməyibsə, “Araz-Naxçıvan” onunla hansı əsaslarla müqavilə bağlayıb, ictimaiyyətə təqdim edib?

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
2
Mənbələr
Şərh ()
Bağla