AZ

BMT-nin Baş katibi Azərbaycana dəstək üzrə İşçi qrup yaratdı, özü də Bakıya gəlir...

Image

Şakir Ağayev: “Bu tədbirlə bağlı BMT-nin xüsusi işçi qrupu yaratması bu işə verilən böyük dəstəkdir və bu o tədbirin nə qədər önəmli, məsuliyyətli olduğunu  göstərir”

COP29 prosesində Azərbaycana zəruri dəstək vermək üçün BMT ailəsi Baş katib tərəfindən səfərbər edilib və xüsusi işçi qrup yaradılıb. Bunu Prezident İlham Əliyevin qəbulunda olarkən BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart deyib.

Bu yaxınlarda BMT-nin İnkişaf Proqramının (UNDP) nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini deyən Selvin Çarlz Hart ölkəmizin təbii resurslardan əldə etdiyi gəlirləri effektiv şəkildə idarə etməsinin və sosial-iqtisadi inkişafa sərf etməsinin uğurlu nümunə olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan, eyni zamanda, bu sahədə əldə etdiyi gəlirləri yaşıl enerji gündəliyinə də sərf edərək çox mühüm nümunə yaradır. Qonaq bu prosesdə BMT-nin Azərbaycana dəstəyini bir daha ifadə edib.

“Bütün bu müsbət addımlar Azərbayana olan münasibətdən, inamdan irəli gələn məsələdir” 

 “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində bildir ki, Azərbaycana zəruri dəstək vermək üçün BMT tərəfindən xüsusi işçi qrup yaradılması müsbət haldır. “COP29 miqyasına və daşıdığı missiyaya görə dünyada seçilən, nüfuzlu bir tədbirdir ki, bu il Azərbaycanın ev sahibliyi ilə Bakıda keçiriləcək. İqlim dəyişikliyi ilə mübarizə, “Yaşıl enerji”yə, altenativ enerjiyə keçid məsələsinin təşviq edilməsi baxımından çox əhəmiyyətli tədbirdir. COP29-a onlarla ölkə rəhbəri dəvət olunub. COP29-da əsasən iqlim dəyişikliyi məsələsi əsas pioritet istiqamətlərdən biri seçilib. Bu sahədə məsələlər müzakirə ediləcək. Təbii ki, Azərbaycanın ev sahibliyi ilə keçiriəcək COP29-a BMT və onun Baş katibi səviyyəsində dəstək verilməsi çox önəmli məsələdir. Ən böyük beynəlxalq təşkilatın – BMT-nin Baş katibi Antonio Qutereş  də COP29 tədbirində iştirak edəcəyini deyib. Bu tədbirlə bağlı BMT-nin xüsusi işçi qrupu yaratması bu işə verilən böyük dəstəkdir və bu o tədbirin nə qədər önəmli, məsuliyyətli olduğunu  göstərir. Təbii ki, bütün bu müsbət addımlar Azərbayana olan münasibətdən, inamdan irəli gələn məsələdir”-deyə Ş.Ağayev bildirdi.

Ş.Ağayev qeyd etdi ki, bu, tədbirin məsuliyyətini də, beynəlxalq çəkisini də, yükünü bir qədər də artırır, COP29-un dünya və ona ev sahibliyi edən Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu  ortaya qoyur.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla