AZ

Putin 40 milyard dollarlıq dəmir yolunun tikintisinə göstəriş verib- Çinə xammal ixrac etmək üçün

Rusiya hakimiyyəti Asiyaya xammal ixracını artırmaq üçün irimiqyaslı dəmir yolu meqalayihəsinə başlayır.

Azpost.info xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Baş nazir Mixail Mişustin əsas dəmir yolu arteriyalarının modernləşdirilməsinin üçüncü mərhələsinə başlamaq haqqında sərəncam imzalayıb.

2035-ci ilə qədər davam edəcək tikintinin dəyəri 3,7 trilyon rubl və ya hazırkı məzənnə ilə təxminən 40 milyard dollardır.

Layihə prezident Vladimir Putinin tapşırığı ilə həyata keçirilir.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla