AZ

Estoniyanın baş naziri: Ukrayna Qərbdən döyüşməyi ptələb etmir

Ukrayna Qərb ölkələrindən münaqişə zonasında döyüşmək üçün qoşun göndərməyi tələb etmir, lakin onun sursat və hava hücumundan müdafiə imkanlarına ehtiyacı var.

İqtisadiyyat.az xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaja Kallas deyib.

Fransanın "Liberation" qəzetinin Paris Universitetində (Sorbonna) təşkil etdiyi Avropa təhlükəsizliyinə dair müzakirədə iştirak edən baş nazir qeyd edib: "Onlar bizdən döyüşməyi tələb etmirlər. Bizdən tələb etdikləri tək şey hava hücumundan müdafiə və sursatdır". 

Kallas əlavə edib ki, Avropada baş verən hadisələr sürətlə bütün qitəyə yayıla bilər. Bu baxımdan, o, Ukraynaya Rusiya Federasiyasını dəf etməyə kömək etmək lazım olduğunu söyləyib. 

Bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makron Britaniyanın "The Economist" jurnalına müsahibəsində Rusiya qüvvələrinin cəbhə xəttini yarması halında Kiyev xahiş edərsə, Ukraynaya qoşun göndərilməsi məsələsinə baxılmasına icazə verib. Makronun sözlərinə görə, bir çox ölkələr Parisin yanaşmasını başa düşüb və bu məsələdə onun mövqeyi ilə razılaşıblar. 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla