AZ

Fərid Qayıbov: "Gimnastika Azərbaycanda polpulyar idman növünə çevrilib"

Bakıda bədii gimnastika üzrə təşkil olunun ilk Avropa kubokunun açılış mərasimi olub.

İdman.biz xəbər verir ki, mərasimdə Azərbaycanın gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov iştirak edib.

O, ölkəmizdə gimnastika üzrə beynəlxalq yarışların yüksək səviyyədə təşkil edildiyini bildirib: "Milli Gimnastika Arenasında ilk Avropa kubokunun iştirakçılarını salamlayıram. Bakı gimnastika üzrə dünya və Avropa çempionatları, eləcə də, digər beynəlxalq yarışları yüksək səviyyədə təşkil edib. Birinci Avropa kubokunda qitənin 37 ölkəsinin idmançıları iştirak edir. Turnirin Təşkilat Komitəsinə görülən işlərə görə təşəkkür edir, bütün yarış iştiakçılarına uğurlar arzulayıram. Gimnastika Azərbaycanda polpulyar idman növünə çevrilib".

Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın ölkəmizdə bu idman növünün inkişafındakı rolunu qeyd edib.

Qeyd edək ki, Azərbaycanı fərdi yarışlarda Zöhrə Ağamirova ilə Kamilla Seyidzadə, qrup hərəkətlərində isə Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komanda təmsil edir.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla