AZ

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Bakı, 3 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Bioelektrik siqnal şəbəkəsinin (Network) formalaşmasının molekulyar-struktur əsasları” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın müxbir üzvü Oktay Qasımov tədqiqat istiqamətləri haqqında məlumat verib.

Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının müdiri Taleh Yusifov mövzu ilə bağlı təqdimatla çıxış edib. Bildirib ki, onların son tədqiqatları bioelektrik siqnal funksiyası ilə əlaqəli olan ion kanallarının hüceyrə fiziologiyasının tənzimlənməsində mühüm rol oynayır. Xüsusilə, insanın BK kanalları süd vəzi xərçəngi hüceyrələri, neyroblastoma hüceyrələri, qlioblastoma hüceyrələri və insana strositoma hüceyrələri də daxil olmaqla müxtəlif növ xərçəng hüceyrələrinin yaranmasında xüsusi rol oynayır. Buna görə də, BK kanalları xərçənglə mübarizədə potensial hədəf ola bilər. BK kanalının Ca2+ tərəfindən idarə olunması maraqlı fizioloji təsirlərə malik olsa da, nəticə etibarilə ion keçiriciliyinin tənzimlənməsinə gətirib çıxaran əsas mexanizm naməlum olaraq qalır.

Məruzə dinlənildikdən sonra seminar iştirakçıları çıxış edərək mövzu ilə bağlı sual və fikirlərini bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla