AZ

Qərb Ukrayna Silahlı Qüvvələrində kadr çatışmazlığını elan edib

Ukrayna ordusu ciddi kadr çatışmazlığı səbəbindən uğursuzluqlar yaşayır.

SİA xəbər verir ki, bu barədə Hollandiyanın NOS portalı Klinqendael Beynəlxalq Münasibətlər İnstitutunun Ukrayna üzrə eksperti Yuliya Soldatyuk-Vesterveldə istinadən məlumat yayıb.

O qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin yaxşı təlim keçmiş döyüşçülərinin əksəriyyətini məhv edib.

Bu gün təlim keçən əsgərlər çox vaxt qeyri-kafi təlim alırlar. Kadr çatışmazlığı Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı mövqeyinə təsir etməyə başlayır.

Mayın 3-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyası məqsədlərinə çatana qədər Ukraynada əməliyyatı davam etdirəcək.

Həmin gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, ilin əvvəlindən Rusiya Silahlı Qüvvələri ölkənin yeni rayonlarının 547 kvadrat kilometr ərazisini nəzarətə götürüb.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla