AZ

Azərbaycanın COP29 sədri kimi çox mühüm rolu var - Kelli Sims Qallaher

Tbilisi. Trend:

Azərbaycanın COP29 sədri kimi çox mühüm rolu var.

Trend cümə günü xəbər verirki, bunu Fletçer Məktəbinin (Tafts Universiteti) enerji və ətrafmühit siyasəti üzrə müvəqqəti dekanı və professoru Kelli SimsQallaher Asiya İnkişaf Bankının (AİB) Tbilisidə keçirilən illiktoplantısı çərçivəsində jurnalistlərə bildirib.

"Azərbaycan yeni kəmiyyət iqlim maliyyəsi hədəfi ilə bağlımüsbət qərara nail olmağımızı təmin etmək üçün COP29-a sədrliyindəçox mühüm rol oynayır", - o deyib.

Qallagher hesab edir ki, iqlim maliyyəsi ilə bağlı yeni vəyaradıcı həllər tapmağa ehtiyac var.

"Beləliklə, söhbət təkcə mövcud fondların fəaliyyətgöstərməsindən deyil, həm də onların qlobal maliyyələşdirməyə necətöhfə verə biləcəyindən gedir. Buna təkcə yeni kəmiyyət hədəflərimüəyyən etməklə deyil, həm də milli səviyyədə müəyyən edilmişmaliyyə töhfələri vasitəsilə nail olmaq olar", - o qeyd edib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Gülnarə Kərimova)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
4
Mənbələr
Şərh ()
Bağla