AZ

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Ekspert:

Bakı, 3 may, AZƏRTAC

Elektrik və qaz şəbəkələrinə qoşulma ilə bağlı təsdiqlənmiş yeni tariflər podratçılar və sifarişçilər arasında münasibətlərin tənizmlənməsinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmasında yeni tənzimləmələri şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, bununla istehlakçılara bilavasitə indivudal yanaşma və differensial qiymətlərin tətbiq olunması ilə az istifadə edənlər üçün daha az vəsait ödəyərək şəbəkəyə qoşulmağa imkan verəcək.

“Qaz şəbəkəsinə qoşulma ilə bağlı iki struktur və iki bölmədə sənədli və sənədsiz, elektrik şəbəkəyə qoşulma üzrə isə 4 bölmə üzrə strukturlaşdırılıb. Bu da əhali kütləsini birinci kateqoriyaya aid edir ki, əhalini məhz 97 faizdən bir qədər də artığı məhz 40 KVt-a aid olan kateqoriyaya aid edir. Burada da mövcud təsdiqlənmiş hər KVt saat üçün 40 manatlıq qoşulma xərc nəzərdə tutulduğu bildirilir. Burada qeyd edilməli bir məqam isə ondan ibarətdir ki, qarşıdakı müddət ərzində prosesin icrasına, yerlərdə nəzarət olunmasına ehtiyac var ki, prinsip etibarilə yerlərdə podratçıların əhali kütləsi ilə bu yeni tarifikasiyada məlumatsız olan hissəsi üçün sui-istifadələrə yol verilməsin. Hesab edirəm ki, qarşıdakı müddətdə belə bir nəzarət mexanizminin yaradılmasına ehtiyac vardı”, - deyə Eldəniz Əmirov vurğulayıb.

Ekspert digər tərəfdən qeyd edib ki, bu mexanizm əhali kütləsi və podratçılar arasında, ələlxüs da münasibətlərin tənizmlənməsi, şəffaflığın qorunmasına, eyni zamanada sui–istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla