AZ

İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər

İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər

Aprel ayında Hörmüz boğazında saxlanılan "MCS Aries" gəmisinin ekipajı sərbəst buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Hüseyn Əmir Abdullahian Estoniyadan olan həmkarı Marqus Tsahkna ilə söhbətində bildirib.

"Saxlanılan gəmi məhkəmə tərəfindən həbs edilib, lakin İran humanitar əsaslarla bütün ekipajı azad edib və gəmi kapitanının müşayiəti ilə onlar öz ölkələrinə, o cümlədən Estoniyaya qayıda bilərlər", - nazir bildirib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələri Hörmüz boğazında israilli iş adamına məxsus "MSC Aries" gəmisini ələ keçirib. Qeyd edilib ki, gəmi İranın ərazi sularında radarını söndürüb və bu, yerli hakimiyyət orqanlarının məlumatına görə, gəmiçilik üçün təhlükə yaradıb.

Ekipaj üzvləri arasında bir Rusiya vətəndaşı da var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla