AZ

Venesuelada iki siyasətçinin həbsinə order verildi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Venesuelada Dövlət Neft Şirkətinə (PDVSA) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində 2 müxalifətçi siyasətçinin həbsinə order verilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Baş prokuror Tarek Uilyam Saab mətbuata açıqlama verib.

O bildirib ki, Leopoldo Lopez və Xulio Borxesin PDVSA və kriptovalyutadakı korrupsiyada əli olub:

“İki müxalif siyasətçinin saxlanması üçün həbs qərarı çıxarılıb və bu qərarı yeni şahidlərə əsaslanaraq vermişik. 

Lopez və Borxesin ekstradisiyası yaşadıqları ölkələrdən tələb ediləcək”.

Qeyd edək ki, axtarışda olan Lopez İspaniyada, Borxes isə Kolumbiyada yaşayır.

Aysu
Demokrat.az
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla