AZ

Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə daim dəstək veririk, daim yanındayıq-Zeynal Əmrəliyev- ÖZƏL

"Azərbaycan hər zaman müstəmləkə əsarətinə qarşı mübarizə aparıb. Biz dünyada olan müxtəlif mənfi tendesiyalardan, terror cəhdlərindən, müstəmləkə əsarətindən çox çəkmişik. Buna görə də Azərbaycan dövlətinin əsas prinsipi budur ki, dünyadakı bütün məsələlərin ədalətli həllinə nail olsun".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Azərbaycanın bu məsələ ilə bağlı diplomatik mövqeyi Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə daha da aktuallaşdı. Hərəkatın sədri kimi Azərbaycan müxtəlif platformalarda məhz müstəmləçilik əlehinə çıxışlar etdi. Hal-hazırda dünyada ən geniş yayılmış və bərbad müstəmləkəçilik Fransanın müstəmləkəçiliyidir. Dəfələr də Bakıda kolonizmin ifşası ilə bağlı tədbirlər həyata keçirilibdi. Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə daim dəstək verilir, daim yanındayıq. Təəssüflər olsun ki, ikili yanaşma sərgiləyən AŞPA, Aİ, Avropa Komissiyası, Avropanın, Qərbin müxtəlif qurumları bu məsələdə sakit qalırlar. Baxmayaraq ki onlar,  onlara üzv olan dövlətlər özlərini demokratiyanın əsas dəstəkçisi hesab edirlər, amma bu məsələdə sakit dururlar. Bu isə qərəzin, ikiüzlülüyün nümunəsidir. Ən böyük müstəmləkəyə sahib olanlar özləridir. Müstəmləkəyə dəstək verən ölkələr də özləridir. Onların hökümətləri bu məsələ ilə bağlı çox passiv mövqe sərgiləyirlər. Azərbaycan hər zaman ədalətin yanındadır. Dünyada əzilən xalqların, müstəmləkə əsarəti ilə bağlı əziyyət çəkən xalqların Azərbaycan dövləti hər zaman yanındadır və buna davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
olaylar.az

1Mənbələr