AZ

Bayden bütün dünyanı sanksiyalarla HƏDƏLƏDİ - Mətbuat azadlığından başlayacaq

ABŞ tezliklə bütün dünyada mətbuat azadlığının məhdudlaşdırılmasına qarşı yönəlmiş tədbirlər paketi hazırlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin Ağ Evin saytında dərc olunmuş bəyanatında deyilir.

"Qarşıdakı həftələrdə mən mətbuat azadlığına qarşı qlobal təzyiqlərə yönəlmiş bir sıra icraedici tədbirlər görəcəyəm, buna misal olaraq bütün dünyada jurnalistlərin qanunsuz həbsləri göstərilir", - deyə Baydenin bəyanatında qeyd edilib.

Bildirilib ki, sanksiya tədbirlərə vizaların verilməsinə məhdudiyyətlər, həmçinin “mətbuatı susduranlara” qarşı sanksiyalar daxildir.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
2
Mənbələr
Şərh ()
Bağla